Məşhur milyarder dünyasını dəyişdi

Məşhur milyarder dünyasını dəyişdi
  15 Fevral 2015    Oxunub:2309
İtaliyanın məşhur iş adamı dünyasını dəyişib. Dünyanın bir çox ölkələrinə öz məhsullarını ixrac edən “Nutella” şokolad-fındıq əzməsinin yaradıcısı Mişel Ferrero 89 yaşında Monte Karloda dünyasını dəyişib.

Yerli mətbuatda “Nutella-nın atası öldü”, “Cənab Nutella həyatını itirdi” sərlövhəli xəbərlər yer alıb.

İtaliyanın ən qabaqcıl biznesmenlərindən hesab edilən Mişel Ferreronun adı “Bloomberg”in yayımladığı ilk 100 milyarder siyahısında da çəkilir. Ferreronun 23,4 milyard dollarlıq bir sərvətə sahib olduğu bildirilir. O İtaliyanın ən varlı adamı sayılırdı.




Teqlər:





Xəbər lenti