Ukraynada atəşkəs elan edildi

Ukraynada atəşkəs elan edildi
  15 Fevral 2015    Oxunub:1652
Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs elan edib.
AzVision.az xəbər verir ki, bir neçə gün əvvəl Minskdə Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı əldə olunan saziş qüvvəyə minib. Tərəflər fevralın 15-də Kiyev vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukraynanın cənub-şərqində atəşin dayandırılması haqqında sazişi təsdiqləyiblər.

Poroşenko çıxışında atəşin dayandırılmasını əmr edib: “Mən Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti və Ukrayna Təhlükəsizlik Xidmətinin birləşmələrinə fevralın 15-i gecə 00.00-dan etibarən atəşin dayandırılmasını əmr edirəm”.


Teqlər:





Xəbər lenti