Peyğəmbərin karikaturasını çəkənə hücum - ölən var

Peyğəmbərin karikaturasını çəkənə hücum - ölən var
  15 Fevral 2015    Oxunub:2300
Danimarkanın paytaxtı Kopenhagendə kafedə atışma olub. Hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücum baş verən an kafedə din və söz azadlığı mövzusunda tədbir keçirilirmiş. İlkin məlumatlara görə, yaralananların polis əməkdaşları olduğu bildirilir. Silahlılar kafeni gülləbaran etdikdən sonra hadisə yerini tərk ediblər.

Qeyd edək ki, tədbirdə Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi İsveç rəssamı Lars Vilks və Fransanın Danimarkadakı səfiri də iştirak edib. Hücum nəticəsində onlar xəsarət almayıb.



Teqlər:





Xəbər lenti