Moskvada `Putin məscidi` tikiləcək

Moskvada `Putin məscidi` tikiləcək
  15 Fevral 2015    Oxunub:1900
Rusiya prezidenti Vladimir Putinin adına məscid tikilə bilər.
Rusiyanın Birləşmiş İslam Konqresi Putinin adına məscid tikmək xahişiylə ölkə rəhbərliyinə və Moskva meri Serqey Sobyaninə müraciət edib.

Təşkilatın saytında yerləşdirilən müraciətin altında konqresin sədri Şövkət-Hacı Avyasovun imzası var.

"Rusiya müsəlmanlarının vətənpərvər hissəsi olaraq biz ölkə rəhbərliyinə Moskva şəhərində Vladimir Putin adına məscid tikməyə icazə vermək üçün müraciət etdik.

Bu məscid əsrlər boyunca bizim çoxmillətli vətənimizin xalqlarının arasında əlaqə olaraq qalsın", -deyə təşkilatın saytına yerləşdirilən müraciətdə deyilir.

Müraciətdə həmçinin Putinin prezidentlik səlahiyyətlərinin uzadılmasına ehtiyac olduğu bildirilir:

"Dünyada bu günkü mürəkkəb vəziyyəti nəzərə alaraq biz hesab edirik ki, Vladimir Putinin səlahiyyətlərinin uzadılması üçün qanunverici aktlar qəbul etmək lazımdır. Biz ölkənin bütün dinlərinin nümayəndələrinə bu həyəcanlı vaxtda öz aralarında bütün müzakirələri bir kənara qoyub, birləşməyə səsləyirik". (Ans)


Teqlər:





Xəbər lenti