Poroşenkodan xəbərdarlıq: `Əgər sülh yaranmasa...`

Poroşenkodan xəbərdarlıq: `Əgər sülh yaranmasa...`
  15 Fevral 2015    Oxunub:2404
Ukrayna prezidenti Petr Poroşenko sülhə nail olunmayacağı təqdirdə hakimiyyətin ölkədə hərbi vəziyyət tətbiq etmək niyyətini bir daha təsdiqləyib.
Ukrayna prezidenti bunu sərhədçilərə hərbi texnika verilməsi mərasimindəki çıxışında bildirib. “Hələ Minskə qədər Nazirlər Kabinetinin iclasında xəbərdarlıq etmişdim ki, əgər sülh olmasa, bizə hərbi vəziyyət tətbiqi kimi çox çətin, lakin zəruri qərar qəbul etmək lazım gələcək. Bir daha qeyd edirəm: Bu halda hərbi vəziyyət yalnız Donetsk və Luqanskda deyil, bütün ölkədə tətbiq olunacaq” - deyə prezident vurğulayıb.

P.Poroşenko, həmçinin məlumat verib ki, bu axşam Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Barak Obama ilə telefon söhbəti aparacaq.

Qeyd edək ki, ”Normar dördlüyü” tərəfindən ötən həftə təsdiq olunmuş razılaşmanın ilk bəndində Donbasda atəşin fevralın 15-də Ukrayna vaxtı ilə saat 00:00-da dayandırılacağı elan edilib.


Teqlər:  





Xəbər lenti