Poroşenko Saakaşvilini özünə müşavir təyin etdi

Poroşenko Saakaşvilini özünə müşavir təyin etdi
  14 Fevral 2015    Oxunub:2645
Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini öz məsləhətçisi təyin edib.
Bu haqda Ukrayna prezidentinin mətbuat xidməti açıqlama verib.

Bildirilir ki, Poroşenko Mixail Saakaşvilinin məsləhətçisi (ştatdan kənar) təyin edilməsi barədə fərman verib.

Bundan əvvəl qeyri-rəsmi məlumatlara görə, bildirilirdi ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonun Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib.

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georgi Marqvelaşvili vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanı tərk edib. Gürcüstan Baş Prokurorluğu bir neçə cinayət işi, həmçinin təxminən beş milyon dollar dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi haqqında ittihamı sabiq prezidentə qiyabi təqdim edib. (Ans)


Teqlər:  





Xəbər lenti