Müqəddəs Valentin günü: miflər və həqiqətlər...

Müqəddəs Valentin günü: miflər və həqiqətlər...
  14 Fevral 2015    Oxunub:3234
Hər il fevralın 14-də qeyd olunan Müqəddəs Valentin günü insanlara onların bir-birlərinə olan sevgi duyğularını açıqcalar, çiçəklər və ya şokolad qutuları və məhəbbət mesajları ilə bildirməsi üçün bir imkandır.
Doğrudanmı belədir? Biz bu bayramın kökləri haqqında həqiqətən də çox az bilirk. Bəziləri inanır ki, bütün dünyada sevgi və romantikanı qeyd edən bu yeganə günün müasir versiyası kommersiya qazancı götürmək istəyən marketinqiçilərin ixtirasıdır.

Beləliklə, biz ilin ən sevgili günü haqqında həqiqəti bilirikmi?

Xristianlığa qədərki köklər...

Valentin günü Roma imperiyasında üç gün qeyd edilən Luperkaliya bayramından qaynaqlanan çox qədim ənənədir.

Münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bu bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı sayılırdı.

Bu bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan və onun seçdiyi (adını qutudan çıxardığı) qızla sevgili olar və yəqin ki, hətta onlar sonradan evlənərdilər də.

Sonrakı əsrlərdə kilsə bütpərəst bayramları ləğv etməyə başlayanda bu günü müqəddəs Valentinin xatirəsinə həsr olunmuş xristian bayramına çevirib.

Rəqib şəhidlər...

İlk rəsmi Müqəddəs Valentin günü 496-cı ilin 14 fevralında Gelasius tərəfindən eyniadlı şəhid üçün elan edilib. Lakin söhbətin hansı şəhiddən getdiyini dəqiq bilmirik.

Ən geniş yayılmış versiyaya görə, bu, III əsrdə edam olunmuş romalı keşiş olub.


Eramızın 269-cu ilində vəfat etmiş şəhid Müqəddəs Valentin bir epileptiki müalicə edir

Lakin onun bu günlə əlaqələndirilən azı iki adaş rəqibi var. Onlardan biri Roma yaxınlığında, hazırda Terni kimi tanınan şəhərdən bir yepiskopdur.

İkincisi isə Afrikadan olan başqa bir şəhiddir.

İki müqəddəs Valentin barədə bilinən yalnız elə bunlardır və sözügedən üç namizəddən ən geniş tanınanı nəhayət ki, romalı keşiş olub.

Qanlı Valentin...

Belə rəvayət olunur ki, imperator II Klavdius nikahı qadağan edibmiş, çünki evli kişilərdən və qadınlardan yaxşı döyüşçü olmurdu.

Valentin isə belə düşünürdü ki, nikah Allahın dünya üçün yaratdığı bir nemətdir. Buna görə də o, gizli nikahları təşkil edən təriqət yaratmışdı.

Klavdius bundan xəbər tutanda Valentin həbs edilmiş və ölümə məhkum olunmuşdu.

Burada zindanda Valentin onu həbs edən imperatorun qızına aşiq olur və fevralın 14-ə təyin edilmiş edam günü ona üzərində “Sənin Valentinin” yazılmış açıqça göndərir. Müasir dövrümüzdə təbrik açıqçalarının göndərilməsi də məhz bu hadisədən sonra başlanıb.

Populyarlıq və kommersiyalaşma...

Erkən xristianlar Müqəddəs Valentin gününü qeyd etsələr də orta əsrlərədək bu gün romantik sevgi və hədiyyələrlə bu qədər əlaqəli olmayıb.

Belə görünür ki, bu bayramın Britaniyada, sonra isə Avropada və “Yeni dünya”da belə populyarlaması üçün ingilis ədəbiyyatının iki nəhənginə - Kauçer və Şekspirə minnətdar olmalıyıq.


Qırmızı qızılgülləri həmişə Müqəddəs Valentin günü ilə bağlayıblar

Sevgililərin bir-birinə kağız açıqcalar göndərməsi adəti orta əsrlərdə bərqərar olsa da bu adət yalnız XIX əsrdə açıqçaların fabriklərdə çapına imkan verən sənaye inqilabından sonra bərqərar olub.

1916-cı ildə az tanınan “Hallmark Cards of Kansas City, Missouri” şirkəti “Valentin açıqcalarının” kütləvi istehsalı ilə bütün dünyada bu bayramın təbiətini dəyişib. Hazırda bu şirkət Valentin günündə 132 milyon açıqça satan sənayenin bir parçasıdır.

Bu gün bütün dünyada, xüsusilə də Birləşmiş Ştatlarda bayramlar həm də böyük biznesdir. ABŞ Milli Pərakəndə Satış Federasiyasının keçirdiyi Valentin Günü İstehlakçının Xərcləməsinə dair sorğuya görə, bu il Birləşmiş Ştatlarda Valentin gününün hədiyyələrinə və təbrik açıqçalarına 18,9 milyard dollar xərclənəcək.

Bu isə Valentin gününü qeyd edən hər bir amerikalının orta hesabla şirniyyata, gül-çiçəyə, pal-paltara və sairə 141,31 dollar xərcləməsi deməkdir.

Beləliklə, bu gün bir az dini, biz az romantik, bir az da kommersiya elementlərini özündə ehtiva edib. Bəziləri deyə bilərlər ki, elə sevginin özü də belədir! (BBC).


Teqlər:





Xəbər lenti