Türkiyədə öpüşmək qadağası

Türkiyədə öpüşmək qadağası
  14 Fevral 2015    Oxunub:4966
Türkiyə Diyanət İşləri Nazirliyi nişanlı cütlüklərə ələ-ələ görüşməməyi tövsiyyə edib.
Qurumun aylıq jurnalının fevral sayında nişanlı cütlüklərin İslam dini qaydalarına uyğun görüşüb danışmaları məsləhət görülüb.

Türkiyədə qalmaqala səbəb olmuş fətvada "əl-ələ gəzməyin, görüşərkən örtünün" kimi ifadələr diqqət çəkir.

Fətvada bildirilir ki, müasir dövrdə nişanlıların İslam qaydalarına üyğun geyinmək, başqalarının görə bilməyəcəyi bir tərzdə yalnız qalmamaq kimi dini qaydalara uyğun onlara bir-birlərini daha yaxından tanımaq məqsədi ilə görüşüb danışmalarında bir problem yoxdur.

Fətvada nişanlılara bu xəbərdarlıqlar edilib: "Nişanlıların eşqbazlıq etmələri, dost həyatı yaşamaları, dedi-qoduya yer verəcək şəkildə baş-başa qalmaları, öpüşmək, əl-ələ tutmaları və bu kimi İslamın təsdiqləmədiyi davranışlardan uzaq dayanmaları lazımdır".

Fətvada bəzi gənclərin dini həssaslığı güdmə adına nişanlılıq dövrlərində dini nikaha (kəbin - red) girmələrinin düzgün olmadığı deyilir və bunun nəticəsində də kədərli hadisələr yaşana biləcəyi deyilib.

Bunun üçün mütləq rəsmi nikaha girmələrinin lazım olduğu vurğulanıb. Bununla belə gənclərə evlənməyə qərar vermədən nikaha girmələri qəti şəkildə məsləhət görülməyib və nişanlılıq müddətini İslam dininin qaydalarına uyğun keçirməyin düzgün olduğu bildirilib. (Ans)


Teqlər:  





Xəbər lenti