Məscidə hücum: 20 ölü, 70 yaralı

Məscidə hücum: 20 ölü, 70 yaralı
  13 Fevral 2015    Oxunub:2470
Pakistan polisinin yaydığı məlumata görə, Peşəvər şəhərindəki Xayatabad rayonunda hərbi geyimli terrorçuların cümə namazı vaxtı şiə məscidinə hücumu nəticəsində təxminən 20 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

Terrorçular əvvəlcə məscidi avtomat və pulemyotlardan atəşə tutub, sonra binada bomba partladılıb. İlkin məlumata görə, terror aktını “Təhrik-I-Taliban Pakistan” qruplaşması həyata keçirib. İyirmidən artıq yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladırıq ki, ötən il dekabrın 16-da terrorçuların hərbi məktəbə hücumu nəticəsində 134-ü uşaq olmaqla 150 nəfər həlak olmuşdu.


Teqlər:





Xəbər lenti