Sarkisyan müxalifət liderini vəzifəsindən qovdu

Sarkisyan müxalifət liderini vəzifəsindən qovdu
  13 Fevral 2015    Oxunub:2179
Ermənistan prezidenti Serj Sarksyan müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, qərar Tsarukyanın şuranın iclaslarında mütəmadi olaraq iştirak etməməsi ilə əsaslandırılıb.

“Bu (Milli Təhlükəsizlik Şurası) kinoteatr deyil ki, kim nə vaxt istəsə gəlsin”, deyə Sarksyan Respublika partiyası şurasının iclasında bildirib.

Onun sözlərinə görə, parlamentin 2013-2014-cü illərdə keçirilmiş 145 iclasında Tsarukyan yalnız 4-də iştirak edib. Prezident həmçinin baş nazirə Tsarukyanın vergidən yayınma barədə yayılan xəbərləri yoxlamağa dair göstəriş verib.

Qeyd edək ki, Qaqik Tsarukyan ötən həftə ictimai qüvvələrin konfransında hakimiyyəti kəskin tənqid atəşinə tutaraq növbəti seçkilərdə yeni rəhbərliyin seçilməsinin zəruriliyini qeyd etmişdi.


Teqlər:





Xəbər lenti