Ermənilər `Eurovision`a təxribat hazırlayır

Ermənilər `Eurovision`a təxribat hazırlayır
  13 Fevral 2015    Oxunub:2401
Ermənistan Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində qondarma `erməni soyqırımı` ilə bağlı mahnı təqdim edəcək.
Bu barədə erməni mətbuatı yazır. Bildirilir ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən "İnkar etməyin" (Don՛t Deny) mahnsını ifa edəcəklər.

Qeyd edək ki, "Eurovision - 2015" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada "Körpülər salmaqla" şüarı altında keçiriləcək. Bu deviz Avropanı simvolizə edir. Belə ki, təşkilatçılar bildirirlər ki, "Eurovision" bütün Avropa ölkələrinin mədəniyyətini və dilini birləşdirir.

Bu il müsabiqədə 39 ölkə iştirak edəcək.(Ans)


Teqlər:  





Xəbər lenti