Putinin təklifinə Poroşenko `yox` dedi

Putinin təklifinə Poroşenko `yox` dedi
  12 Fevral 2015    Oxunub:4662
Ukrayna prezidenti Pyotr Poroşenko Minsk görüşü barədə açıqlama verib.
AzVision.az xəbər verir ki, prezident danışıqlarda yaxşı xəbərin olmadığını deyib:

"Rusiya tərəfinin bəzi təkliflərini qəbuledilməz adlandırıram. Təəssüf ki, hələlik yaxşı xəbər yoxdur. Hazırda heç bir yenilik yoxdur. Amma hələ ümid var."

Görüşün nəticəsinə görə, Minskdə Rusiya-Ukrayna münaqişəsinin həllinə dair yekun sənədin Rusiya, Fransa, Ukrayna və Almaniya liderləri tərəfindən imzalaması gözlənilir.

Diplomatik mənbədən bildirilib ki, "Norman dördlüyü"nün görüşündə böyük irəliləyişə nail olunub. On üç bənddən ibarət yekun sənədin 80% uyğunlaşdırılıb. Görüş iştirakçıları tərəfindən imzalandıqdan sonra sənəd əlaqə qrupuna göndəriləcək.


Teqlər:  





Xəbər lenti