Erməni əsgərlərin meyitləri gizlədilir

Erməni əsgərlərin meyitləri gizlədilir
  11 Fevral 2015    Oxunub:2822
“Dünən - fevralın 10-da Dağlıq Qarabağdakı döyüşlərdə həlak olan leytenant Tiqran Simonyanın qohumları onun ölümü barədə məlumatı yalnız mətbuatdan oxuyublar. Erməni hərbçinin qohumları onun ölümü barədə başqa heç bir informasiyaya malik deyillər. Onlara bu barədə sadəcə heç bir məlumat verilməyib”.
Virtualaz.org saytı erməni mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi çıxış edib.

Qeyd edək ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələri bu gün Tiqran Simonyanın ailəsini ziyarət edib. Qohumlarının verdiyi məlumata görə, Tiqran Simonyan İrəvan Ali Hərbi Məktəbini bitirib və bundan sonra Qarabağa hərbi xidmətə göndərilib. O, iki il imiş Qarabağdakı hərbi hissələrin birində xidmət edirmiş.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi erməni hərbçilərinin ölməsi faktlarının Ermənistan ictimaiyyətindən gizlədilməsindən narahatlığını ifadə edib.


Teqlər:  





Xəbər lenti