Rusiyada həyəcan: 30 milyon insan qripə yoluxdu
Qeyd olunur ki, ötən həftə Rusiyanın 59 şəhərində qrip virusuna yoluxanların sayı 30 milyon nəfər təşkil edib. Ötən həftələrlə müqayisədə müvafiq göstərici 26,7 faiz artıb. Xəstəlik bütün yaş qruplarında, o cümlədən 0-14 yaş arası olan uşaqlarda müşahidə olunur.
7-14 yaşlı uşaqlar arasında qrip virusuna yoluxanların sayının qəflətən artması Privoljye, Şimal-qərb və mərkəzi əyalətlərdə qeydə alınıb.
"Rospotrebnadzor"dan bildiriblər ki, qrip epidemiyasının sürətlə yayılması ilə əlaqədar Rusiyada 1000-dən çox məktəb bağlanıb.(Apa)
Teqlər: