`Ermənistan əlimizi havada qoydu`

`Ermənistan əlimizi havada qoydu`
  11 Fevral 2015    Oxunub:2948
"Ermənistana uzatdığımız əl havada qaldı".
AzVision.az xəbər verir ki, bunu Kolumbiyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan 1915-ci il hadisələri ilə bağlı olaraq erməni diasporasının mənfi yönümlü kampaniyasından xəbərdar olduqlarını deyib. "Biz səmimi şəkildə bu dövrün doğru anladılmasına çalışdıq. Ermənistana əl uzadan biz olduq. Yeni bir səhifənin açıqlamasına çalışdıq. Amma təəssüf ki, əlimiz havada qaldı".

Ərdoğan hadisələrin 100 illiyi ərəfəsində bir daha bu məsələləri siyasətdən çıxararaq elm adamlarının ixtiyarına buraxmağı təklif edib. "24 apreldə Çanaqqalada olmaları üçün dəvət göndərdik. Amma onlar sülhün önünü qapatdılar".


Teqlər:  





Xəbər lenti