Ukraynadan qorxunc görüntülər - Video

Ukraynadan qorxunc görüntülər - Video
  11 Fevral 2015    Oxunub:3614
Ukraynanın şərqində yerləşən Kramatorsk şəhəri "Qrad", "Tornado" və "Uraqan"lardan atəşə tutulub.
Məlumata görə, Kramatorsk rusiyapərəst separatçıların nəzarətində olan Qorlovka yaşayış məntəqəsindən atəşə tutulub.

Qorlovka Kramatorsk şəhərinin 50 kilometrliyində yerləşir. İlkin məlumatlara görə, 7 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Mərmilər bir neçə yaşayış binasını yararsız vəziyyətə salıb.

Şəhərdə şiddətli döyüşlərin getdiyini, ordunun itki verdiyini Ukrayna prezidenti Pyotr Poroşenko da təsdiqləyib.

Poroşenko parlamentdə çıxış edərkən mərmilərdən birinin şəhərdəki hərbi qərargaha düşdüyünü bildirib. Prezident dinc sakinlər və hərbçilər arasında itkilər olduğunu deyib (Ans)




Teqlər:





Xəbər lenti