Məşhur müğənninin qızı sabah öləcək
Rusiyanın NTV telekanalı xəbər verir ki, Bobbi fevralın 1-dən süni koma vəziyyətindədir. Həkimlər 21 yaşlı qızın yaşaması üçün heç bir şansın olmadığını deyirlər.
Buna baxmayaraq, bir neçə gün əvvəl Bobbinin atası onu süni həyat aparatından ayırmaq barədə fikirləri qəbul etmirdi. The Daily Mail qəzetinin məlumatına görə, o, çox güman ki, öz qərarını dəyişib.
Qeyd edək ki, məşhur müğənninin qızı hamamda huşunu itirmiş vəziyyətdə tapılmışdı. Tibbi müayinə zamanı onun bədənində qızartılar aşkar edilsə də, Bobbinin sevgilisi Nik Qordon bunun onu huşa gətirmək üçün göstərilən cəhdlər zamanı yarandığını deyib.
Bobbinin anası Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən həyatını itirmişdi.
Bobbi Braun məşhur müğənninin yeganə varisi idi və 115 milyona sahib ola bilərdi. Vəsiyyətə əsasən bu vəsaitin 10 faizi ona 21 yaşı tamam olan gün verilmişdi. Bobbi mirasın daha 20 faizini 25 yaşına çatdıqda, qalanını isə 30 yaşından sonra alacaqdı.
Teqlər: