Ermənilər Gürcüstanda çaxnaşma hazırlayır

Ermənilər Gürcüstanda çaxnaşma hazırlayır
  10 Fevral 2015    Oxunub:2044
Gürcüstanda Cavaxetiya regionunda erməni əsilli 5 min sakin ölkə rəhbərliyindən gizli olaraq Ermənistan vətəndaşlığını qəbul edib. Bu qərarı onlar Rusiyaya əmək miqrantları kimi getməyi asanlaşdırmaq üçün veriblər.

"Biz Ermənistan vətəndaşlığını qəbul etməyə qərar verdik ki, maneəsiz olaraq Rusiyaya gedək və orada işə düzələk", - Ermənistanın yeni vətəndaşları "Rustavi 2" telekanalına danışıb.

Oxu.Az "Qruziya Online"-a istinadən xəbər verir ki, lakin nəticədə Ermənistan vətəndaşlığını qəbul etmiş hər kəs Gürcüstan vətəndaşlığını itirib, belə ki, ölkə qanunvericiliyinə əsasən, iki ölkənin vətəndaşı olmaq qadağandır.

KİV-in məlumatına görə, problemi həll etməyə çalışan Cavaxetiya sakinləri imza toplama kampaniyasına başlayıblar. Prosesə Gürcüstan parlamentinin keçmiş deputatı Melik Raisyan başçılıq edir.

Onlar vətəndaşlıqları olmaya-olmaya Gürcüstanda yaşamağa icazə verilməsini xahiş edirlər.


Teqlər:





Xəbər lenti