Ermənistanda yenidən etirazlar başladı

Ermənistanda yenidən etirazlar başladı
  09 Fevral 2015    Oxunub:1710
Ermənistan hökumətinin binası qarşısında naməlum şəxslər tərəfindən amansızcasına döyülən vətəndaş cəmiyyətinin fəalı Artak Xaçatryana dəstək olaraq etiraz aksiyası keçirilir.
Bu barədə "Trend" Ermənistan mətbuatına istinadən xəbər verir.

Aksiya iştirakçıları “Otmena” hərəkatının və Çiçəklənən Ermnənistan Partiyasının siyasi şurasının üzvü Artak Xaçatryana qarşı zorakılığın araşdırılmasını hakimiyyətdən tələb edirlər.

Şənbə günü üç maskalı naməlum şəxs Çiçəklənən Ermənistan Partiyasının üzvü Artak Xaçatryana hücum edərək onu döyüb. Daha sonra qara avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. Bu barədə partiyanın parlamentdəki deputatı Vaan Babayan bildirib. Xaçatryan fevralın 7-də xəstəxanaya yerləşdirilib.

Qardaşı Artyom Xaçatryanın sözlərinə görə, şənbə günü axşam onu döyülmüş və huşunu itirmiş vəziyyətdə mənzilinin qapısında tapıblar.


Teqlər:  





Xəbər lenti