Saxta `soyqırım` məhkəməsi: Perincək İsveçrəyə qarşı - Yenilənib, FOTOLAR, VIDEO

  28 Yanvar 2015    Oxunub : 1811
Saxta `soyqırım` məhkəməsi: Perincək İsveçrəyə qarşı - Yenilənib, FOTOLAR, VIDEO
Hazırda Avropa İnsan Haqları Məhkəməsində `Perincək İsveçrəyə qarşı` iddiasının Perinçek v. Switzerland (no. 27510/08) dinləməsi keçirilir.

Dinləmələrin fonunda tərəflərin eiraz aksiyaları da davam edir. Artıq bir qrup erməni də Avropa İnsan Haqları Məhkəməsi qarşısında piket keçirməyə başlayıb.



Xəbər verdiyimiz kimi, onlarla azərbaycanlı və türkün də saxta `erməni soyqırımına qarşı etirazları davam edir.

****
15:31

Hazırda Avropa İnsan Haqları Məhkəməsində `Perincək İsveçrəyə qarşı` iddiasının Perinçek v. Switzerland (no. 27510/08) dinləməsi keçirilir. Bu münasibətlə onlarla azərbaycanlı və türk məhkəmə binası qarşısında etiraz aksiyası keçiriblər.

AİHM -də Türkiyə İşçi Partiyasının rəhbəri Doğu Perinçəyin müraciəti əsasında başlayan məhkəmə Strasburqda keçirilir. Perinçək məhkəmədə müdafiəyə və Avropa Birliyini tənqid edib.

Xatırladaq ki, Perinçək “Erməni soyqırımı”nı tanımadığına görə İsveçrədə təzminat cəzasına məhkum edildikdən sonra, 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 17 Dekabr 2013-cü ildə keçirilən prosesdə Perinçək qalib gəlmişdi. AİHM təsdiqləmişdi ki, “erməni soyqırımı yalandır” ifadəsini deyə bilmək insanın söz azadlığıdır.

Bundan sonra İsveçrə hökuməti apellyasiya şikayəti verdi.

Məhkəmədə Ermənistanı məşhur Hollivud aktyoru Corc Kluninin arvadı Amal Alamuddin (Kluni) müdafiə edir.

******
13:13

Hazırda Avropa İnsan Haqları Məhkəməsində `Perincək İsveçrəyə qarşı` iddiasının Perinçek v. Switzerland (no. 27510/08) dinləməsi keçirilir.

Bir qədər sonra məhkəmə prosesinin videosunu BURADAN izləmək mümkün olacaq.

Yada salaq ki, Perinçək “Erməni soyqırımı”nı tanımadığına görə İsveçrədə təzminat cəzasına məhkum edildikdən sonra, 2008-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. 17 Dekabr 2013-cü ildə keçirilən prosesdə Perinçək qalib gəlmişdi. AİHM təsdiqləmişdi ki, “erməni soyqırımı yalandır” ifadəsini deyə bilmək insanın söz azadlığıdır.

Bundan sonra İsveçrə hökuməti apellyasiya şikayəti verdi.

Məhkəmədə Ermənistanı məşhur Hollivud aktyoru Corc Kluninin arvadı Amal Alamuddin (Kluni) müdafiə edir.

AzVision.az

Foto


Teqlər: