Qərənfil niyə matəm gülüdür? - Qanlı tarixçə
1990‑cı ilin yanvarından bәri qərənfil matəm gülü kimi tanınır. Ağı da, qırmızısı da. Əsasən isə qırmızı qərənfil bütün matəmi üzərinə həkk etdirdi. Ancaq bu gülün ən əziz adamlara hədiyyə olunduğu vaxtlar da olub. Qərənfil buna qədər ehtiraslı mәhәbbәt, hәyәcan rəmzi kimi tanınıb. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra qırmızı qərənfil Azərbaycanda matəm gülünə çevrildi.
Ümumiyyətlə qərənfilin Avropa, Asiya, Afrikada təxminən 300 növü, Azərbaycanda isə 26 növü mövcuddur. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır. Azərbaycanda isə Binə qəsəbəsində yerləşir. Hazırda şirkət dünya ölkələri ilə müqayisədə heç də geri qalmır. Burada qərənfilin yeni rəngbərəng sortları yetişdirilir.
1990-cı il 20 yanvardan əvvəl də Bakıda әn çox əkilәn gül qərənfil idi. Hər kəs öz həyətindә əkirdi. Camaatın bu güldən yaxşı qazancı da vardı. İndi isə bu gülü əkənlərin sayı xeyli azalıb. Artıq Hollandiyadan, Bolqarıstandan gələn başqa güllər qərənfilin bazarını öldürüb. Hәm də 20 Yanvardan sonra camaat qərənfili çox əkmәdi, gül sanki matəm gülü oldu. Elә bil o qırğının bütün ah‑naləsi oturdu bu gülün üzərinә. O gülün taleyidə də belə gətirdi...
Anar Kəlbiyev
Teqlər: