Kosmosdan naməlum radiosiqnal gəlib – ELMİ SENSASİYA

Kosmosdan naməlum radiosiqnal gəlib – ELMİ SENSASİYA
  20 Yanvar 2015    Oxunub:8294
Avstraliyanın Melburn şəhərində yerləşən Suinbern Texnoloji Universitetinin astronomları kosmosdan gələn naməlum mənşəli radiosiqnal qeydə alıblar.

Astronomlar qrupunun rəhbəri Emili Petroff `Monthly Notices of the Royal Astronomical Society` jurnalında yazdığı məqalədə bildirir ki, radiosiqnal qəfil və qısamüddətli olub, işıq və ya digər dalğalarla (rentgen, qamma-şüalanma və s.) müşahidə olunmayıb. Yəni bizə məlum olan təbii fenomenlərin heç birilə izah edilə bilməz.

Qeyri-adi radiosiqnal Yeni Cənubi Uels ştatında yerləşən Parkes Radio teleskopu vasitəsilə qeydə alınıb. Radiosiqnal bizdən 5.5 milyard işıq ili uzaqlıqdan gəlib və bir neçə millisaniyə davam edib.

Amma qısamüddətli olmasına baxmayaraq, radiosiqnal Günəşin bir gündə sərf etdiyi qədər enerjiyə malik olub. Bu, radiosiqnalın mənbəyinin yaxınlığında yerləşən güclü maqnit sahəsinin təsirilə də ola bilərdi.

Kainatın siqnal gələn rayonunda iki “Qara dəlik” var, amma onlar siqnalın mənbəyi ola bilməzlər.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti