Bu məhsulları yeyin, cavan qalın - Faydalı
Daha sonra qızılbalıq (losos) gəlir. Bu balıq zülal və ürək və əsəb sistemi üçün faydalı olan omeqa-3 yağ turşularının mənbəyidir. Onu sardina, siyənək, forel və ya paltus balıqları ilə əvəz etmək olar.
Üçüncü yerdə, həmçinin zülalla zəngin olan badam qərarlaşıb. Onun tərkibində faydalı yağlar, maqnezium, sink var. Badamı püstə və qozla asanlıqla əvəz etmək mümkündür. Qeyd etmək vacibdir ki, bu məhsullar gündə 25-30 qramdan çox yeyilməməlidir.
Qatıq və kinoa (kinva-yarma) əsl superməhsullardır. Birincisi, kalsium, zülal, D vitamini, probiotik bakteriyalarla zəngindir ki, bu da sümüklər, əzələlər və həzm üçün faydalıdır. Gün ərzində 1-2 porsiya yeyilməlidir. Kinoa, öz növbəsində, orqanizmi sellülozun, kalsium və dəmirin bir günlük norması ilə təmin edir. Və gündə yarım fincan yemək olar.
Yaşıl çay özünün unikal xassələri ilə çoxdan məşhurdur. O, güclü antioksidləşdirici və ürək-damar sistemi üçün bir növ xilasdır. Tədqiqatlar göstərir ki, gün ərzində 5 fincan yaşıl çay sağlamlığı həqiqətən möhkəmlədir. Çayla yalnız qaragilə müqayisə edilə bilər. Antioksidləşdirici antosian maddəsi ona xarakterik rəng verir. Buna görə də, ümumiyyətlə, bütün əlvan rəngli giləmeyvələr faydalıdır.
Teqlər: