`Oskar`a namizədlər açıqlandı – SİYAHI
AzVision.az xəbər verir ki, əsas nominasiya olan “Ən yaxşı film” adına bu filmlər iddialıdır:
- “Snayper”
- “Berdmen”
- “Yeniyetməlik”
- “Qrand Budapeşt Oteli”
- “İmitasiya oyunu”
- “Selma”
- “Stiven Houkinqin kainatı”
- “Aludəçilik”
“Qrand Budapeşt Oteli” və “Berdmen” əsas favoritlərdir: onların hər biri 9 kateqoriyada namizəd irıli sürülüb.
Ən yaxşı rejissor olmağa namizədlər:
- Alexandro Qonsales İnyarittu (Berdmen)
- Riçard Linkleyter (Yeniyetməlik)
- Bennet Miller (Tülkü ovçusu)
- Ues Anderson (Qrand Budapeşt Oteli)
- Morten Tildum (İmitasiya oyunu)
Ən yaxşı sənədli film olmağa namizədlər:
- “Dörd nömrəli vətəndaş”
- “Vivian Mayerin axtarışında”
- “Vyetnamda son günlər”
- “Virunqa”
- “Yerin duzu”
Ən yaxşı animasiya filmi olmağa namizədlər:
- “Qəhrəmanlar şəhəri”
- “Əjdahanı necə əhilləşdirməli - 2”
- “Bədheybətlər ailəsi”
- “Dənizim nəğməsi”
- “Şahzadə Kaquyanın nağılı”
Ən yaxşı vizual effektlər:
- “İnterstellar”
- “X-adamlar: Keçmiş gələcəyin günləri”
- “İlk qisasçı: Başqa savaş”
- “Qalaktikanın keçikçiləri”
- “Meymunlar planeti: İnqilab”
Ən yaxşı qadın rolu:
- Marion Kotiyar (“İki gün, bir gecə”)
- Felisiti Cons (“Stiven Houkinqin kainatı”)
- Culianna Mur (“Hələ də Elis”)
- Rozamund Payk (“Yoxa çıxan”)
- Riz Uzerspun (“Vəhşi”)
Ən yaxşı kişi rolu:
- Benedikt Kamberbetç (“İmitasiya oyunu”)
- Maykl Kiton (“Berdman”)
- Eddi Redmeyn (“Stiven Houkinqin kainatı”)
- Stiv Karrel (“Tülkü ovçusu”)
- Bredli Kuper ("Snayper").
Ən yaxşı xarici film:
- “Leviafan” (Andrey Zvyaginçev)
- “Vəhşi əhvalatlar” (Demian Şifron)
- “Mandarinlər” (Zaza Uluşadze)
- “İda” (Pavla Pavlikovski)
- “Timbuktu” (Əbdürrəhman Sissako)
Qeyd edək ki, 87-ci “Oskar” mərasimi fevralın 22-də baş tutacaq.
Tariyel
AzVision.az