Ziya Məmmədov qanunsuz taksiləri yığışdırır

Ziya Məmmədov qanunsuz taksiləri yığışdırır
  15 Yanvar 2015    Oxunub:2787
“Bakıda I Avropa Oyunları ilə əlaqədar qanunsuz taksi fəaliyyəti göstərən sürücülərə qarşı reydlər gücləndiriləcək”.
Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı reydlər aparılır:

“Yarış ərəfəsində isə Dövlət Yol Polisi ilə birgə güclü reydlər keçiriləcək. I Avropa Oyunları ilə bağlı yollarda hər hansı bir maneəçilik yaradan istənilən qeyri-qanuni taksini xətdən kənarlaşdıracayıq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti