`Ərdoğana dama-dama pencək yaraşır`

`Ərdoğana dama-dama pencək yaraşır`
  12 Yanvar 2015    Oxunub:3626
Tanınmış modelyerlər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın geyim tərzinə qiymət veriblər.
AzVision.az xəbər verir ki, modelyer Levon Kordonçiyan Ərdoğanın daha çox rahat geyimlərə üstünlük verdiyini deyib. O vurğulayıb ki, xüsusilə də dama-dama pencək ona çox yaraşır:

“Geyindiyi dama-dama pencək modeli çox da gündəmdə deyildi. Ərdoğan bu modeli Türkiyəyə ilk gətirən adamdır. Artıq adi insanlarda da bu model pencəklər gözə deyir. Geyim dəbini təkcə televiziya ulduzları, müğənnilər deyil, eləcə də tez-tez efirə çıxan siyasətçilər də müəyyənləşdirə bilər. Prezidentimiz dünya dəbini izləmir, öz dəbini yaradır”.

Geyim sektorunda “Damat” markası ilə tanınan ORKA Holdinqin İdarə Heyətinin sədri Süleyman Orkaçıoğlu Ərdoğanın çox yaxşı bədən quruluşu olduğunu və geyimlərini də buna uyğun, düzgün seçdiyini deyib:

“Geyimləri dövlət işinin ciddiliyinə yaraşır. Cənab prezident əsasən qalstuka üstünlük verir. Adətən mitinqlərə göy kostyum, ağ köynək və qalstuk geyinərdi, amam indi bunda dəyişiklik edib. Artıq daha rahat geyimlərə üstünlük verir. Həddindən artıq rəsmi geyim ünsiyyəti çətinləşdirir”.

Prezidentin geyindiyi geyim markalarına gəlincə isə, “Sarar” şirkətinin İdarə Heyətinin sədri Cəmaləddin Sarar bildirib ki, Ərdoğan yerli markaya üstünlük verir:

“Əsasən öz zövqünə və geyim tərzinə uyğun geyimlər hazırlayan, bizim şirkətin markası olan “Sartoria”ya üstünlük verir. RTE patentli markayla bəzən onunla işləyirik. Geyimlərimiz italyan və türk parçalarından hazırlanır və əllə tikilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti