Zahid Qaralov sabah dəfn ediləcək

  08 Yanvar 2015    Oxunub : 4557
Zahid Qaralov sabah dəfn ediləcək
Tanınmış ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralovun dəfn mərasimi sabah baş tutacaq.
Bu barədə AzVision.az-a YAP-dan məlumat verilib. Bildirilib ki, mərhumla vida mərasimi saat 14:00-da, mərhumun yaşadığı Mirəli Qaşqay küçəsi 28 üvanında baş tutacaq. Mərasimdə partiyanın üzvləri də iştirak edəcəklər.

Qeyd edək ki, Z.Qaralov dünyasını Almaniya xəstəxanalarından birində dəyişib. Məşhur 91-lərdən olan Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Məşhur 91-lərdəndir. Yeni Azərbaycan Partiyasını Səbail rayon təşkilatının sədridir.

Allah rəhmət eləsin!

Hafiz Əhmədov

Teqlər: