Terrorçular peyğəmbərin qisasını belə aldılar – FOTO + VİDEO

Terrorçular peyğəmbərin qisasını belə aldılar – FOTO + VİDEO
  07 Yanvar 2015    Oxunub:5713
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücumun video görüntüləri yayılıb.

Bu barədə AzVision.az Fransa KİV-nə istinadən xəbər verir.

Redaksiyaya hücum edən şəxslər “Allah Əkbər” və “Biz peyğəmbərin qısasını aldıq” deyə şüarları səsləndiriblər. Hücum edən şəxslər “Kalaşnikov” tipli avtomatlar və qumbaraatanlarla silahlanıblar.

Hadisə şahidləri redaksiyaya hücum edən şəxslərin avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmasını görüntüləyə biliblər.

Bu gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 11 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti