Tanrı olmaq üçün imtahan - FOTOSESSİYA

Tanrı olmaq üçün imtahan - FOTOSESSİYA
  07 Yanvar 2015    Oxunub:2831
Nepalın paytaxtı Katmanduda xüsusi seçilmiş uşaqlara tanrı kimi ibadət edilir. AzVision.az xəbər verir ki, kiçik yaşlarından seçilən qız uşaqları “kumari” olur və onlar 13 yaşlarına qədər ibadətgahda yaşayırlar.
Belə ki, tanrı olmağa namizəd olan uşaqlar 32 mərhələli testdən keçir. Testi uğurla başa vurmaq üçün uşaqların bədəni Benqal ənciri ağacına bənzəməli, bədənləri qızılı rəngdə və yumşaq olmalı, həmin günə qədər isə bir dəfə də olsun qanları axmamış olmalıdır.

Bu testi keçənlər ibadətgahda yaşamağa başlayır və il ərzində cəmi 13 dəfə çölə çıxa bilirlər. Qızlardan seçilən “kumari” 13 yaşında yetkinliyə çatdıqdan sonra ailələrinə təhvil verilirlər.

Festivallarda “sağ tanrı – Kumari” kimi əhaliyə təqdim olunan ilahələr turistlərin də böyük marağına səbəb olur.

Fatimə Kərimli

Qalereya




Teqlər:  





Xəbər lenti