Prezident peyğəmbərin ad günündə ev payladı

Prezident peyğəmbərin ad günündə ev payladı
  07 Yanvar 2015    Oxunub:4573
Çeçenistan prezidenti Məhəmməd Peyğəmbərin ad günü ilə bağlı olaraq bir sıra xeyriyyə aksiyaları keçirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Kadırovun atasının adını daşıyan Əhməd Kadırov adına Regional İctimai Fondu (RİF) paytaxtı Qroznıda ehtiyacı olanlara 20-yə yaxın ev paylayıb. Bu barədə müvafiq qərar RİF-in rəhbəri Çeçenistan prezidentinin anası Aymani Kadırova tərəfindən verilib.

“Onun qərarı ilə 20 evi alaraq ehtiyacı olanlara paylayıb”, - deyə Kadırov “İnstagram” sosial şəbəkəsində yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti