Ukraynada böhran - “Sağ sektor” nəzarətdən çıxdı

Ukraynada böhran - “Sağ sektor” nəzarətdən çıxdı
  06 Yanvar 2015    Oxunub:1989
Ukraynanın radikal “Sağ sektor” təşkilatı müqavilə əsasında ölkə Silahlı Qüvvələrində xidmət etməkdən imtina edib.
AzVision.az-ın Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Pyotr Poroşenkonun müşaviri Yuriya Biryukova bəyan edib.

“Mən şəxsən “Sağ sektor”a tam leqallaşma sxemini təklif etdim. “Sağ sektor”a müqavilə əsasında xidməti nəzərdə tutan bir neçə variant təklif olunub. Lakin onlar bundan imtina ediblər”, - deyə Biryukov bəyan edib.

Prezidentin köməkçinin sözlərinə görə, “Sağ sektor”un hərbçiləri heç kimə tabe olmaq istəmirlər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti