Əsəd əlehdarları yeni lider seçdi

Əsəd əlehdarları yeni lider seçdi
  06 Yanvar 2015    Oxunub:1376
Suriya müxalifəti Xalid Xocanı özünə yeni lider seçdi. Bu barədə müxalifətə məxsus facebook səhifəsində qeyd olunur. Xoca 56 səs toplayaraq rəhbərliyə seçilib. Bundan başqa Hişam Маruax isə vitse-prezident olub.
Hazırda müxalifətin lideri olan Hadi Əl-Bəxra seçkilərdə namizədliyini irəli sürməkdən imtina edib.

Ötən ilinin dekabrında Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov Dəməşqə rəsmi səfərindən sonra rəsmi Moskvanın Suriya böhranının həllində vasitəçilik etməyə hazır olduğunu irəli sürmüşdü. Boqdanov bununla əlaqədar Moskvada görüşlərin yanvarın sonuna kimi baş tutacağını da bildirmişdir.

Qeyd edək ki, müxalifət nümayəndələri Rusiyanın təkliflərini müzakirəyə başladığını, lakin son qərarı yanvarın 5-də verəcəklərini bildirmişdir.

Suriya hökuməti də ilkin danışıqlarda iştirak zamanı Moskvada hər hansı xarici müdaxilə olmadan suriyalılarla müzakirələrə hazır olduqlarını rəsmi olaraq təsdiqləmişdir.


Teqlər:  





Xəbər lenti