Olland: “Rusiyaya qarşı sanksiyalar ləğv edilsin”

Olland: “Rusiyaya qarşı sanksiyalar ləğv edilsin”
  05 Yanvar 2015    Oxunub:1515
Fransa prezidenti Fransua Olland Ukraynadakı böhranın həll yolundan irəliləyiş olduğu təqdirdə Rusiyaya qarşı qəbul edilən beynəlxalq sanksiyaların ləğv edilməsini istəyib.
Bu barədə AzVision.az “Frans Pres” agentliyinə istinadən xəbər verir.

“Böhranla bağlı proqress olmayacağı təqdirdə isə sanksiyalar qüvvədə qalacaq”, - deyə Olland vurğulayıb.

Olland həmçinin Qazaxıstanın paytaxtı Astanada Ukrayna böhranı ilə əlaqədar keçiriləcək görüş barədə düşüncələri ilə də paylaşıb: “Mən yanvarın 15-i yalnız bir şərt ilə - proqressin olacağı təqdirdə Astanaya gedəcəm. Mənim fikrimcə, Ukrayna məsələsində proqress olacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti