ABŞ-da daha bir nəfər polis tərəfindən öldürüldü

ABŞ-da daha bir nəfər polis tərəfindən öldürüldü
  05 Yanvar 2015    Oxunub:1499
San-Fransisko polisi tapançaya bənzər naməlum əşya ilə onları hədələyən kişini güllələyib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə yanvarın 4-ü axşam saatlarında şəhərin şərq hissəsində baş verib. Şəhər polisinin rəsmisi Elbi Esparzanın sözlərinə görə, naməlum şəxs qeyri-qanuni yolla avtomobil dayanacağa daxil olub.

Rəsminin verdiyi məlumata görə, üç polis əməkdaşı ona yaxınlaşaraq ərazini tərk etməsini tələb ediblər. Lakin bu zaman naməlum şəxs qaçmağa başlayıb, sonra dayanaraq tapançaya bənzər əşya çıxardıb. Polislər həmin əşyanın tapança olduğunu zənn edərək həmin şəxsə atəş açıblar.

Yaralı şəxs xəstəxanaya çatdırılsada, o burada vəfat edib. Araşdırmalar zamanı onun üzərində pnevmatik silah aşkarlanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti