Rza Zərrab 58 milyon dollara təyyarə aldı

Rza Zərrab 58 milyon dollara təyyarə aldı
  05 Yanvar 2015    Oxunub:1730
Ötən il rüşvət və qaçaqmalçılıq əməliyyatları çərçiəsində saxlanılan türkiyəli iş adamı Rza Zərrab 58 milyon dollara təyyarə alıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Gulfstream G550 tipli təyyarəni sahibi olduğu ARE havayolları şirkəti üçün alıb.

Yeni təyyarənin fotoları Zərrabın Royal Holding şirkətinin rəsmi Facebook səhifəsində yayımlanıb.

ARE havayolları şirkətinin də rəsmi saytında yeni təyyarə barədə məlumat dərc edilib.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun 2013-cü ilin 17-23 dekabr tarxilərində keçirilən rüşvət və qaçaqmalçılıqla bağlı əməliyyatlarda saxlanan Rza Zərrab bir neçə ay sonra şərti azadlığa buraxılmışdı. Ötən ay isə onun həbs olunanda dondurulan pulları faizi ilə geri qaytarıldı.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti