Tragikomik oğurluq: Rusiyada üç azərbaycanlı tutuldu

Tragikomik oğurluq: Rusiyada üç azərbaycanlı tutuldu
  05 Yanvar 2015    Oxunub:2500
Ötən gün Rusiya paytaxtı Moskvada ərzaq mağazasında oğurluq edən üç azərbaycanlı tutulub.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bıçaqla silahlanan azərbaycanlılar mağazaya daxil olaraq xanım satıcını döyüblər.

Bundan sonra oğrular xanım satıcının çantasını, kassadakı pulları, həmçinin bir az ərzaq, siqaret və araq götürərək, mağazanı tərk ediblər.

Lakin zərərçəkən satıcı qadın siqnalizasiyanı işə sala bilib. Həmyerlilərimiz “Jiquli” markalı avtomobilə əyləşən zaman hadisə yerinə polis əməkdaşları gəlib. Bundan sonra polis avtomobillə hadisə yerindən uzaqlaşmağa çalışan azərbaycanlıları təqib etməyə başlayıb. Rusiya polisi avtomobili saxlamağa müvəffəq olduqdan sonra həmyerlilərimiz maşından aşağı düşərək hadisə yerindən qaçmağa çalışıblar. Lakin azərbaycanlıların hamısı polis tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb. İlkin olaraq həmyerlilərimizin mağaza kassasından 50 min rubla qədər vəsaiti oğurladıqları bildirilir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti