İŞİD 162 əsiri azad etdi

İŞİD 162 əsiri azad etdi
  04 Yanvar 2015    Oxunub:1630
İŞİD terror qruplaşması İraqın şimalındakı Kərkük şəhərində 162 əsiri azad edib.
Azad edilən əsirlər İraqın əl-Şajara və Qərib kəndlərinin sakinləridirlər. Ümumilikdə 170 nəfər əsir götürülsə də, onlardan 162 nəfər azad edilib.

İŞİD-in əlində qalan əsirlərin taleyi haqqında isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl İraqda İŞİD-in 2 bayrağı yandırıldığına görə əl-Şajara və Qərib kəndlərində 170 nəfər əsir götürülmüşdü. İŞİD terrorçuları tutulan adamların bayrağın yandırılmasına aiddiyyatı olub-olmadığını araşdıracaqlarını bildirmişdilər. Bəzi şahidlərin sözlərinə görə, terrorçu qruplaşma Qərib kəndində bayrağı yandıran 15 nəfəri axtarırdı. (ans press)


Teqlər:  





Xəbər lenti