Poroşenko 2015-ci ilin əsas prioritetlərini açıqladı

Poroşenko 2015-ci ilin əsas prioritetlərini açıqladı
  04 Yanvar 2015    Oxunub:1676
"2015-ci ildə əsas prioritetlərimizdən biri korrupsiya ilə prinsipial, ardıcıl və effektli mübarizə aparmaq olacaq".
AzVision.az Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, bu sözləri ölkə prezidenti Pyotr Poroşçenko yeni illə bağlı əsas vəzifələrdən danışarkən bildirib.

Bu zaman dövlət başçısı onu da əlavə edib ki, "Milli Antikorrupsiya Bürosunun direktorunun seçilməsi üçün konkurs komissiyasının bütün üzvlərinin seçilməsi təcrübəsinə böyük ümidlər bəsləyir".

Bu komissiyanın tərkibinə 9 nəfər daxildir. Onlar proporsional olaraq (üç üçlük) seçilən və eyni zamanda prezident, Ali Rada və hökumət tərəfindən görəvləndirilənlərdir. 9 nəfərin tərkibində Krım Tatar Məclisinin lideri Rüfət Çubarov da var.


Teqlər:





Xəbər lenti