Caz musiqisinin əfsanəsi - Bakıda

Caz musiqisinin əfsanəsi - Bakıda
  04 Yanvar 2015    Oxunub:1593
Fevralın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Sarayında caz musiqisinin əfsanəsi, amerikalı caz müğənnisi və dirijoru, on dəfə `Qremmi` mükafatı laureatı Bobby McFerrinin və qrupunun konserti olacaq.
AzVision.az-ın AzərTac-a istinadən məlumatına görə, konsertin biletləri artıq satışa çıxarılıb və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqiçinin birinci albomu 1982-ci ildə çıxıb. 1984-cü ildə isə heç bir musiqi aləti olmadan yazılan `The Voice` adlı ilk caz albomu işıq üzü görüb. Bobby McFerrin 1988-ci ildə ifa etdiyi və iki nominasiya üzrə `Qremmi mükafatına layiq görülmüş `Don`t worry, Be Happy` mahnısı ilə dünya şöhrəti qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti