Yoxa çıxmış təyyarə dənizin dibində axtarılır
Göyərtəsində 162 adam olan "A320-200 Airbus" təyyarəsi bazar günü İndoneziyanın Surabaya şəhərindən Sinqapura yollanarkən yoxa çıxıb. Hadisədən iki gün keçmiş təyyarənin qalıqları Yava dənizində aşkar olunmuşdu.
Fransa mütəxəssislərindən ibarət qrup akustik avadanlıqla pilotların danışıqları və uçuş barədə məlumatları yazan qara qutuların axtarışını aparır.
Axtarışlar 5 kvadrat kilometrə yaxın ərazidə aparılır. Hakimiyyət balıqçı gəmilərini təyyarənin qalıqlarının axtarışında kömək göstərməyə səsləyib.
Hazırda dənizdə 16 cəsəd aşkar olunub. Onlardan doqquzunun şəxsiyyəti müəyyən edilib.
Axtarış əməliyyatı hava şəraitinə görə bir neçə dəfə təxirə salınıb. Son rabitə bağlantısında QZ8501 reysilə uçuş həyata keçirən təyyarə pis hava şəraitilə ilə bağlı marşrutun dəyişdirilməsi üçün dispetçer xidmətinə müraciət etmişdi. Manevrə icazə verilsə də ekipaj onun qəbul olunduğunu təsdiqləməyib.
Hadisə vaxtı təyyarədən həyəcan siqnalı daxil olmayıb və qəzanın səbəbləri məlum deyil. Ekspertlər hesab edirlər ki, təyyarə və onun göyərtəsində olanların əksəriyyəti çox güman ki, Yava dənizinin dibindədir.(anspress)
Teqlər: