“Azadlıq radiosu” çirkli pulları yumaqda və mənimsəməkdə şübhəli bilinir

“Azadlıq radiosu” çirkli pulları yumaqda və mənimsəməkdə şübhəli bilinir
  29 Dekabr 2014    Oxunub:4191
Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində “Azadlıq radiosu”na xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.

Məlumata əsasən, 2010-cu ildə onun hesabına $760 mindən, 2011-ci ildə $570 mindən, 2012-ci ildə $700 mindən, 2013-cü ildə $780 mindən, 2014-cü ildə $730 mindən çox vəsait dail olub.

Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də “Azadlıq radiosu”nun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.

“Azadlıq radio”sunun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Azadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.

“Hazırda “Azadlıq radiosu”nun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə agentliyin müsahibi qeyd edib.


Teqlər:  





Xəbər lenti