İŞİD neft limanını partlatdı

İŞİD neft limanını partlatdı
  28 Dekabr 2014    Oxunub:1634
IŞID-ə qoşulduğunu bəyan edən terrorçular Liviyada neft limanını partladıb.
AzVision.az-ın məlumatına görə, terrorçu yaraqlıların atdığı raketlərdən sonra neft limanında böyük yanğın başlanıb.

Ərazi üzərində nəzarəti ələ keçirmək istəyən İŞİD terrorçuları Liviya limanını katerdən atəşə tutublar.

Qeyd edilir ki, bu artıq bu həftə ərzində Liviyada neft limanına İŞİD üzvlərinin ikinci hücumudur. Dekabrın 25-də ilk hücüm zamanı raket neft limanlarından birində yerləşən tankerə düşmüşdü. Onu bir neçə günə bağlamışdılar. Limanda döyüşlər zamanı19 nəfər həlak olub. (ANS)

AzVision.az


Teqlər:  





Xəbər lenti