Kobyakov Belarusun baş naziri təyin edilib
Prezident Administrasiyasına bundan sonra Vitebsk vilayəti İcraiyyə Komitəsinin sədri Aleksandr Kosinets rəhbərlik edəcək. Onun müavinləri iqtisadiyyat naziri Nikolay Snopkov və Belarus Gənclər İttifaqının birinci katibi İqor Buzovski olacaq.
Baş nazirin birinci müavini vəzifəsinə Vasili Matyuşevski, müavinləri vəzifəsinə Vladimir Semaşko və Natalya Koçanova təyinat alıb.
Bundan başqa, A.Lukaşenko Mixail Juravkovu təhsil naziri, Sergey Nalivaykonu vergilər naziri, Vitali Vovkanı sənaye naziri, Vladimir Zinovskini iqtisadiyyat naziri, Andrey Qayevi Dövlət Əmlak Komitəsinin sədri təyin edib.
Qeyd edək ki, Belarusun yeni baş naziri Andrey Vladimiroviç Kobyakov 21 noyabr 1960-cı ildə Moskvada anadan olub. Belarus hökumətində və Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Rusiyadakı səfiri olub.
AzVision.az