Daha iki ölkə “Yeni SSRİ”yə qoşulur

Daha iki ölkə “Yeni SSRİ”yə qoşulur
  27 Dekabr 2014    Oxunub:3800
Tacikistan artıq 2015-ci ildə Avrasiya İqtisadi İttifaqına (Aİİ)üzv olacaq.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Şuranın beynəlxalq əlaqələr üzrə komitəsinin üzvü İqor Morozov bildirib.

“Tacikistan Kollektiv Təhlükəsizlik üzrə Müqaviləsi Təşkilatı (KTMT) üzrə aktiv tərəfdaşımızdır. Ölkə azad iqtisadi zonada əməkdaşlıq edirik. Düşünürəm ki, yaxın zamanlarda Tacikistan Aİİ-yə üzv olmaq barədə qərar verəcək”, -deyə Morozov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Özbəkistanda Aİİ-nin üzvü ola bilər.

Morozov Aİİ çərçivəsində yaradılan vahid iqtisadi məkanının Rusiya ilə birbaşa sərhədləri olmayan ölkələrdə də maraq oyatdığını bildirib. Onun sözlərinə görə, Aİİ Rusiya iqtisadiyyatını yeni mərhələyə çıxardacaq.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Aİİ digər ölkələr üçün də açıq qurumdur.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti