`Ərdoğan üzr istəsə, barışaram...` - Fətullah Gülən

`Ərdoğan üzr istəsə, barışaram...` - Fətullah Gülən
  26 Dekabr 2014    Oxunub:7729
ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mesaj göndərib.
AzVision.az xəbər verir ki, o, adını çəkməsə də Ərdoğanın tövbə edib, üzr istəyəcəyi təqdirdə onunla barışa biləcəyini deyib:

“Özünü fəda edən ruhlar zalımlardan üzr istəməməlidir. Üzr belə istənilməlidir: Dediyi yalanları, iftiarları, intiqam hisslərini, oğurluqları etiraf edərək “biz millətdən üzr istəyirik!” deməlidir. Bu, bir növ günah iş tutmuş adamın tövbə etməyi kimidir. Alllah qəbul edər, biz də edərik. Amma onlardan üzr istəsək, biz də günaha girmiş olarıq. Bundansa ölmək daha yaxşıdır”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti