Ermənilər Naxçıvan qapılarını açmaq istəyir

Ermənilər Naxçıvan qapılarını açmaq istəyir
  26 Dekabr 2014    Oxunub:11908
Türkiyədə qətlə yetirilən erməni jurnalist Hrant Dink adına dərnək qondarma erməni soyqırımının 100-cü il dönümü ərəfəsində hesabat hazırlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türkiyə-Ermənistan sərhədi, sosial-iqtisadi təsirlər araşdırması” adlı hesabatda bir sıra məqamlara toxunulub.

Hesabatda həmçinin Türkiyə-Ermənistan sərhədinin açılmasının hansı müsbət təsirlərinin olacağı barədə müddəalar da yer alıb:

“İki ölkə arasında rəsmi ticarət yoxdur, Ermənistan Türkiyə istehsalı olan malları dolayı yollarla idxal edir. Ermənistan mənbələrinə görə, bu ticarətin həcmi illik 250 milyon dollardır. Ticarət Gürcüstan və İran vasitəsilə həyata keçirilir. Əgər sərhəd açılsa, Türkiyənin Ermənistana ixrac etdiyi malların həcmi orta hesabla 2-3 dəfə çox olacaq. Naxçıvan qapısının açılacağı təqdirdə isə İğdır inkişaf edəcək və əhalisinin sayına görə Qarsı üstələyəcək. Sərhəd bölgəsində özəl sektora maraq isə 5 il ərzində indiki ilə müqayisədə artacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti