Rusiyada adam oğurlayan azərbaycanlılar tutuldu
“İstintaq versiyasına görə, dekabrın 4-ü naməlum şəxslər kommunal xidmət işçilərinin adı altında zərərçəkənin evinə daxil olub, onu döyüb və Tula vilayətində olan kirayə götürdükləri evə aparıblar. Növbəti gün cinayətkarlar həmin qayda ilə zərərçəkənin oğlunu oğurlayıblar. Oğurlanan şəxsdən öz evini cinayətkarlardan birinin adına keçirməyi tələb ediblər. Dekabrın 6-ı isə qadın öz əmisi oğlu və onun atası ilə əlaqə yarada bilmədiyi üçün polisə müraciət edib”, - deyə mənbə agentliyə açıqlamasında bildirib.
İki həftə sonra, dekabrın 20-i Rusiya hüquq mühafizə orqanları əməkdaşları keçirdiyi əməliyyat nəticəsində hər iki girovu azad edib və cinayətkarları saxlayıb.
Eldar Tanrıverdiyev
Teqlər: