Putindən etiraf: `Bizim də günahımız var`
“Hazırkı çətinliklərimiz təkcə xarici təsirlə, tətbiq edilən sanksiyalarla bağlı deyil. Bu, həm də illər ərzində artan öz səhvlərimizlə bağlıdır”.
Putin vurğulayıb ki, iqtisadiyyatın inkişafı üçün dövlət rəsmiləri səylə çalışır: “Bu isitqamətdə çox işlər görülüb. Amma son günlərdə baş verənlər göstərdi ki, bunlar kifayət deyil”.
Qeyd edək ki, bu il ərzində rus rublunun dəyəri 50% aşağı düşüb. Qərbin tətbiq etdiyi sanksiyalar, neftin ucuzlaşması və külli miqdarda sərmayənin itirilməsinə görə, Rusiya iqtisadiyyatı hazırda çətin vəziyyətdədir.
Fatimə Kərimli