Ərəblər neftin büdcə qiymətini açıqladı - ŞOK

Ərəblər neftin büdcə qiymətini açıqladı - ŞOK
  26 Dekabr 2014    Oxunub:2555
Səudiyyə ərəbistanı rəhbərliyi 2015-ci ildə bir barelə neftin qiymətinin orta hesabla 80 dollar olacağını proqnozlaşdırırlar.
AzVision.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi bu rəqəm ölıkənin 2015-ci il büdcəsində göstərilib.

Qeyd edək ki, 89 faizini neft satışları təşkil edən 2014-cü il üçün büdcədə neftin dəyəri 103 dollar olaraq göstərilmişdi.

Hazırda Londonda “Brent” markalı neftin fyuçersdə dəyəri 60,50 dollara, Nyu-Yorkda “WTI” markalı neftin dəyəri isə 56, 12 dollara çatıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı gələn il üçün büdcəni rekord miqdarda defisit – 38,6 milyard dollarla qiymətləndirib. Defisit neftin qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində yaranıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti