İsveçdə məscidi yandırdılar – FOTO

İsveçdə məscidi yandırdılar – FOTO
  26 Dekabr 2014    Oxunub:1297
İsveçin Eskilstun şəhərində məscid yandırılıb.
Bu barədə azVision.az “Reuters”ə istinadən xəbər verir.

Məscidin yandırılması zamanı binada 15-20 nəfər olub. Hadisə nəticəsində beş nəfərə xəsarət dəyib.

“Şahid naməlum şəxsin məscid pəncərəsinə əşya atdığını görüb. Bundan sonra binada yanğın başlayıb”, - deyə polis əməkdaşı bildirib.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. İsveç polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti